“Qarabağ” İspaniya La Liqasında çıxış edən “Kadis” klubunun futbolçusu Qasper Panadero Samoranı transfer edəcək.
Newsport.az-ın məlumatına görə, 23 yaşlı ispaniyalı vingerlə 3 illik müqavilə imzalanacaq. Samora mərkəz hücumçusu kimi də oynaya bilir. Samora bu gün səhər Bakıya gəlib. O, Ağdam klubunda 17 nömrəli formanı geyinəcək.
Bundan başqa, Ağdam klubunun mərkəz hücumçusu transfer edəcəyi də gözlənilir.
2014-2020-ci illərdə "Almeriya"da çıxış edən Samora sonra Birləşmiş Ərəb Əmirliklərinin "Əl Vahda" komandasına transfer olunub. Orda cəmi 5 oyun keçirən Samora azad agent statusu alıb və "Kadis"ə keçib. Samora 2020/2021-ci illər mövsümünü Sequndada çıxış edən "Ponferradina"da icarə əsasında keçirib. O, son komandasında 24 oyuna 1 qol vurub.
sportlife.az