"Neftçi"nin Avropa Liqasında qruplara qalacağına ümid edirəm, amma bunun baş verəcəyini düşünmürəm"

"Mən hər zaman "Neftçi"ni sevirəm. Bu komandada daima bütün gücümü ortaya qoymuşam. Bu komandanı tərk etdikdən sonra bir daha güclü "Neftçi" görmədim". 

Newsport.az-ın məlumatına görəbu sözləri Flavinyo deyib.

Vaxtilə “Neftçi”də kapitan sarğısını daşımış braziliyalı "flaqman"ın hazırki durumundan danışıb. O, sabiq komandasının dəyişikliyə ehtiyac duyduğunu bildirib:

"Nədənsə, böyük "Neftçi"ni görmürük. Yəqin ki, nələrsə dəyişməlidir ki, yenidən “Neftçi” böyük komanda olsun. İstənilən halda ümid edirəm ki, onlar Avropa Liqasında “Helsinki” səddini keçəcək, qruplara qalacaq. Ancaq düzünü deyim, bunun baş verəcəyini düşünmürəm.

Bizim vaxtımızdakı kimi komandanın güclü olması üçün sanki bərpa prosesinə ehtiyac var. Hazırki “Neftçi” əvvələr komandanı böyük edən mütəxəssislərdən kömək istəməlidir".

Sportal.az





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right