Bu gün "Səbail" Gürcüstanın paytaxtı Tiflisdəki toplanış çərçivəsində növbəti yoxlama oyununu keçirəcək.
Newsport.az-ın məlumatına görə, “dənizçilər” qonşu ölkədə üçüncü yoxlama oyununda "Saburtalo" ilə üz-üzə gələcək.
Qarşılaşma 18:00-da start götürəcək.
Yeri gəlmişkən, "Səbail" bundan əvvəl Gürcüstandakı toplanış çərçivəsində "Şevardeni”(1:1) və “Lokomotiv"lə (0:2) yoxlama oyununda üz-üzə gəlmişdi.