Renat Dadaşov rəsmən Portuqaliya klubunda

İngiltərənin “Vulherhempton” klubunda çıxış edən azərbaycanlı futbolçu Renat Dadaşov karyerasını Portuqaliyada davam etdirəcək. Newsport.az xəbər verir ki, yüksək liqa təmsilçisi "Tondela" 22 yaşlı hücumçunu 1 mövsümlük icarəyə götürüb.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Bu gün tibbi müayinədən keçən futbolçunun sabahdan komanda ilə məşqlərə qoşulacağı bildirilib.
 
Qeyd edək ki, Renat Dadaşovun "Vulherhempton"la müqaviləsi 2023-cü ilin yayına qədərdir. O, 2019-cu ildə icarə əsasında Portuqaliyanın "Pasuş de Ferreyra" klubunda çıxış edib. 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right