Bəhlul Mustafazadə rəsmən "Qarabağ"da

"Qarabağ" klubu Azərbaycan millisinin futbolçusu Bəhlul Mustafazadəni heyətinə qatıb.

Newsport.az Ağdam təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 24 yaşlı müdafiəçi ilə 3 illik müqavilə imzalanıb.

O, yeni komandasında 13 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Bəhlul Mustafazadə son olaraq "Sabah"da çıxış edib. Müdafiəçinin daha əvvəl Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Əyn" klubuna keçidi baş tutmayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right