Bəhlul Mustafazadənin BƏƏ klubuna transferi baş tutmayıb. Newsport.az xəbər verir ki, “Əl-Əyn” klubundan transfer müqaviləsinin ləğv edilməsi ilə bağlı "Sabah"a məktub gəlib.
Futbolçunun keçidindən imtina transfer reallaşdıqdan 18 gün sonra, futbolçunun “Sabah”la müqaviləsi artıq qüvvədən düşəndən sonra edilib.
"Sabah" məsələ ilə bağlı “Əl-Əyn”ə qarşı maliyyə və intizam cəzaları tələbi ilə FIFA məhkəməsinə müraciət etməyə hazırlaşır.