Renat "Vulverhempton"un məğlubiyyətini kənardan izlədi

Yeni mövsümə hazırlaşan İngiltərənin "Vulverhempton" klubu yoxlama oyunu keçirib.

 

Newsport.az xəbər verir ki, Premyer Liqa təmsilçisi İspaniyanın "Las Palmas" klubu ilə qarşılaşıb. Matç ispanların 3:2 hesablı qələbəsiylə başa çatıb.

 

"Vulverhempton"da çıxış edən azərbaycanlı futbolçu Renat Dadaşovun adı oyunun iştirak ərizəsinə daxil edilsə də, baş məşqçi ona şans verməyib. Millimizin üzvü qarşılaşmanı ehtiyat oyunçular skamyasından izləyib.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right