Yeni mövsümə hazırlıqlarını Gürcüstanda davam etdirən “Sabah” bu gün növbəti yoxlama oyununa çıxacaq. Newsport.az xəbər verir ki, Ramin Quliyevin rəhbərlik etdiyi kollektiv “Telavi” komandası ilə qarşılaşacaq. Gürcüstan təmsilçisi ilə görüş saat 19:00-da başlayacaq.
“Sabah” bundan əvvəl Gürcüstan toplanışında “Şukura”nı 1:0 hesabıyla məğlub edib. Komanda digər matçda “Samqurali”yə eyni hesabla uduzub.
Yoxlama oyunu
26 iyul
19:00. Sabah – Telavi