Təlim-məşq toplanışını Bakıda davam etdirən "Zirə" və "Qəbələ" bu gün yoxlama oyununda üz-üzə gələcəklər.
Newsport.az xəbər verir ki, Zirə İdman Kompleksində keçiriləcək görüş saat 19:00-da başlayacaq.
16 iyul
Yoxlama oyunu
19:00."Zirə" - "Qəbələ"
Qeyd edək ki, "Zirə" bundan əvvəlki sınaq matçında "Sabah"la qolsuz heç-heçə edib. "Qəbələ" isə ilk yoxlama oyununa çıxır. Komanda iyulun 21-də "Səbail"lə də qüvvəsini sınayacaq.