“Olimpiakos” “Neftçi”ni asanlıqla keçəcək”

“Olimpiakos” “Neftçi” ilə oyunda heç bir problemlə üzləşməyəcək və mərhələni asanlıqla keçəcək”.

Newsport.az-ın xəbərinə görə, bu sözləri “Neftçi”nin sabiq futbolçusu Vangelis Platellas Yunanıstanın “Sdna” nəşrinə müsahibəsində deyib. 2019/20 mövsümündə Bakı klubunun formasını geyinmiş yunan futbolçu Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin “Olimpiakos” – “Neftçi” cütlüyünü şərh edib. O hesab edir ki, “Olimpiakos” yüksək vəzifələri yetirməyə qadir olan daha səviyyəli komandadır: “Amma bütün matçlarda olduğu kimi, “Neftçi” ilə görüşdə də diqqətli olmaq lazımdır. Nəzərə alaq ki, rəqib bu mövsüm artıq 2 rəsmi oyun keçirib, “Olimpiakos” isə yox”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right