"Sabah"da ispan məşqçi

“Sabah”da yeni məşqçi təyinatı reallaşıb.

Newsport.az klubun saytına istinadən xəbər verir ki, ispaniyalı fiziki hazırlıq üzrə məşqçi David Madurqa Dieslə müqavilə bağlanıb.

Madurqa məşqçi karyerası ərzində İspaniyanın “Saraqosa” (2006-2018), “Konkense” (2018/19), “Deportivo San Fernando” (2019/20) və “El Exido” (2020/21)  klublarında çalışıb.

Qeyd edək ki, ispaniyalı mütəxəssis UEFA-nın PRO kateqoriyasına malikdir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right