Elşad Əhmədov yenidən "Neftçi"də

“Neftçi” Futbol Akademiyasına yeni təyinat olub.

Newsport.az klubun saytına istinadən xəbər verir ki, Elşad Əhmədov akademiyanın koordinatoru vəzifəsini yerinə yetirəcək.

Qeyd edək ki, 2017-ci ildə “Neftçi”nin əsas komandasını çalışdırmış 51 yaşlı mütəxəssis onadək əvəzedici, U-19 və U-17 komandalarının da baş məşqçisi olub. Əhmədov bundan əvvəl “Sabah” klubunda çalışıb.

 
 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right