Yunanıstan "Olimpiakos"unun baş məşqçisi Pedro Martins Çempionlar Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibləri "Neftçi" haqda danışıb.
Newsport.az Yunanıstan mətbuatına istinadən xəbər verir ki, o, "Aris"lə yoxlama görüşündən (3:0) sonra bununla bağlı deyib: "Oyunçularımın əzmkarlığından razıyam, amma hədəfimizə hələ çatmamışıq. Çox iş görməliyik, bir həftə ərzində daha yaxşı olacağıq. Qarşıda çox işimizin olduğunu bilirik".
50 yaşlı mütəxəssis "Neftçi"ni yaxşı tanıdığını vurğulayıb: "Onları analiz etmişik. Yaxşı oyunçulara malik güclü komandadırlar".
Qeyd edək ki, "Neftçi" "Olimpiakos"la ilk oyununu iyulun 21-də səfərdə, cavab görüşünü iyulun 28-də evdə keçirəcək.