Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyunlarından sonra UEFA-nın yeni reytinq cədvəli açıqlanıb.
Newsport.az xəbər verir ki, yeni reytinqdə Azərbaycan 1 pillə irəliləyib. "Neftçi"nin 1-ci təsnifat mərhələsində evdə "Dinamo"ya (Tbilisi) 2:1 hesabı ilə qalib gəlməsi sayəsində ölkəmizin aktivinə 0,250 xal əlavə olunub. Bununla da Azərbaycanın son 5 mövsüm üçün xalı 13,125-ə çatıb və ölkəmiz reytinqdə yenidən 28-ci pilləyə yüksəlib.