“Neftçi”nin rəqibi darmadağına sevindi

“Neftçi”nin UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi Yunanıstan “Olimpiakos”u yoxlama oyunu keçirib.
 
Newsport.az xəbər verir ki, Pirey təmsilçisi yerli “Aris” komandası ilə üz-üzə gəlib.
 
“Georgios Karaiskakis” stadionunda təşkil olunmuş oyun “Olimpiakos”un böyük hesablı qələbəsi ilə yekunlaşıb - 3:0.
 
Qeyd edək ki, “Neftçi” "Olimpiakos"la ilk matçını iyulun 21-də səfərdə, cavab görüşünü isə iyulun 28-də evdə keçirəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right