Bu gün Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinə yekun vurulacaq.
Newsport.az xəbər verir ki, millimizin üzvü Mahir Emrelinin çıxış etdiyi "Legiya" da cavab matçına çıxacaq. Polşa təmsilçisi Norveçin "Budyo Qlimt" klubunu qəbul edəcək. Görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
22:00. "Legiya" (Polşa) - "Budyo Qlimt" (Norveç)
İlk oyun - 3:2
Qeyd edək ki, Norveçdə keçirilən ilk oyun "Legiya"nın 3:2 hesablı qələbəsi ilə başa çatıb. Həmin görüşdə yeni klubunda rəsmi debüt edən Mahir Emreli 2 qol vurub.