Emin Mahmudov: "İlk oyundakı səhvlərimizi düzəltməyə çalışacağıq"

"Neftçi"nin kapitanı Emin Mahmudov Çempionlar Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində Gürcüstanın “Dinamo” (Tiflis) komandasına qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb. Newsport.az xəbər verir ki, yarımmüdafiəçi, bu gün baş tutan mətbuat konfransında öncə bunları söyləyib:
 
- Sabah bizi çətin oyun gözləyir. Rəqib bizdən daha hazırlıqlıdır. Çünki çempionatları davam edir. Çalışacağıq ki, topu özümüzdə saxlayaq. Maksimum əlimizdən gələni edəcəyik ki, yaxşı nəticə əldə edək.
 
- Penalti zərbələri üzərində çalışmısızmı?
- Penaltilər üzərində hər zaman çalışıram.
 
- "Dinamo" sizdən hansı komponentdə üstündür?
- Bunu deyə bilmərəm. Çünki baş məşqçimiz bunları bizə deyəcək. İlk oyundakı səhvlərimizi düzəltməyə çalışacağıq.
 
- Səfər qolunun ləğvi haqda nə düşünürsüz? 
- Açığı, bunun tərəfdarı deyiləm. Çox şey dəyişdi. Əvvəl səfərdə bütün komandalar qol vurmağa çalışırdı, ancaq indi daha fərqlidir. İndi əksər oyunlarda penaltilər seriyası olacaq.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right