Beynəlxalq dərəcəli azərbaycanlı hakim-inspektor Asim Xudiyev UEFA-dan təyinat alıb.
Newsport.az xəbər verir ki, o, Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin “Kayrat” (Qazaxıstan) ilə “Makkabi” arasındakı cavab oyununun (Hayfa, İsrail) hakim-inspektoru olacaq.
Görüş iyulun 14-də Qazaxıstanın Almatı şəhərindəki Mərkəzi stadionda keçiriləcək.