“Zirə” yeni futbolçu ilə anlaşıb.
Newsport.az xəbər verir ki, bu haqda klubun saytı məlumat yayıb. Paytaxt təmsilçisi Velvis Damakena ilə 1 + 3 illik müqavilə imzalayıb. Ukraynanın "Lvov" klubuna məxsus futbolçu sonradan transfer hüququnu almaq şərti ilə növbəti mövsümün sonuna qədər icarəyə götürülüb. 20 yaşlı hücumçunun transfer hüququ alınacağı halda onunla bağlanmış 3 illik müqavilə qüvvəyə minəcək.
Qeyd edək ki, braziliyalı futbolçu "Lvov"dan başqa Slovakiyanın "Lokomotiva" klubunda da çıxış edib.