Azərbaycanlı futbolçu Rusiyada klubunu dəyişdi

Azərbaycanlı futbolçu Azər Əliyev Rusiyada klubunu dəyişib. Newsport.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi “Ufa” klubuna keçib.
 
Bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Əliyevlə müddəti 2022-ci ilin yayına qədər olan müqavilə imzalanıb.
 
Azər daha əvvəl – 2018-ci ilin avqustundan 2021-ci ilin fevralına qədər “Ufa”da çıxış edib. Yarımmüdafiəçi bu ilin fevralında “Tambov”la mövsümün sonuna qədər müqavilə imzalamışdı.
 
Əliyev yeni klubuna azad agent kimi keçib.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right