"Sabah" klubu legioneri Mario Marina ilə yollarını ayırıb.
Newsport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Bosniya və Herseqovinadan olan 32 yaşlı yarımmüdafiəçinin müqaviləsi yenilənməyib. Ona gələcək karyerasında uğurlar arzulanıb.
Qeyd edək ki, Mario Marina "Sabah"la 2019-cu il dekabrın 29-da 1,5 illik müqavilə bağlamışdı.