Azərbaycan kubokunun son qalibi "Keşlə" növbəti transferini həyata keçirib.
Newsport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi Aldair Sapalo Amaro Neto ilə 1 illik müqavilə imzalayıb.
Portuqlaiyalı hücumçu son olaraq Şimali Makedoniyanın 1-ci liqasında çıxış edən "Pelister" klubunda çıxış edib.
***
"Keşlə" daha bir transferini açıqlayıb. Seneqallı futbolçu Oumar Qudiabi ilə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, 26 yaşlı hücumçunun son komandası Şimali Makedoniyanın 1-ci liqasında çıxış edən "Pelister" olub.
