AVRO-2020: Bakıdakı oyunda qaçqınlarla bağlı video göstəriləcək

UEFA Avropa çempionatının A qrupunun İtaliya - Uels və İsveçrə - Türkiyə oyunlarından öncə maraqlı aksiya təşkil edəcək.

Newsport.az-ın məlumatına görə, qitə futbol qurumu matçların oynanılacağı "Olimpiko" və Bakı Olimpiya Stadionunda Birləşmiş Millətlər Təşkilatının (BMT) Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) 20 iyun - Ümumdünya Qaçqınlar Günü ilə bağlı hazırladığı videonu nümayiş etdirəcək.

Həmçinin qaçqın uşaqlardan ibarət komanda İtaliya Futbol Federasiyasının təşəbbüsü ilə Romadakı qarşılaşmada UEFA-nın qonağı olacaq.

Qeyd edək ki, iyunun 20-də keçiriləcək oyunlar Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right