“Sumqayıt” Tellurla bağlı qərarını açıqladı

2021/22 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” daha bir futbolçusu ilə müqaviləni yeniləyib. Newsport.az xəbər verir ki, Tellur Mütəllimov növbəti mövsümdə də bu komandada çıxış edəcək.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
 
Qeyd edək ki, ötən mövsümdən komandanın şərəfini qoruyan Tellur Mütəllimov ümümilikdə 25 oyunda meydana çıxıb. O, 3 dəfə də rəqib qapılarına yol tapmağa müvəffəq olub. Tellur həmçinin Azərbaycanın U-21 və əsas millilərinin uğurları üçün çalışıb.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right