UEFA-nın prezidenti Aleksander Çeferin Azərbaycana gəlib. Newsport.az xəbər verir ki, o, bu gün Bakıda keçiriləcək AÇ-2020-nin Türkiyə - Uels oyununu izləyəcək.
Bu görüş Bakı Olimpiya Stadionunda baş tutacaq. A qrupu çərçivəsində keçiriləcək qarşılaşma AÇ-2020-nin ölkəmizdəki ikinci oyunu olacaq. 4 gün öncə Uels və İsveçrə arasında matç 1:1 hesabı ilə başa çatıb.
Qeyd edək ki, qarşılaşmaya saat 20:00-da start veriləcək.