“Səbail” hücumçusu ilə müqavilənin müddətini uzatdı

“Səbail” klubu futbolçusu Rauf Əliyevlə müqavilənin müddətini artırıb.
 
Newsport.az klubun saytına istinadən xəbər verir ki, 32 yaşlı hücumçu daha bir il “Səbail”də çıxış edəcək. Raufun müqaviləsinin müddəti 2022-ci ilin yayına qədər artırılıb.
 
2020-ci ilin yanvarından “Səbail”də çıxış edən Rauf Əliyev ötən mövsümdə 23 oyunda 4 qol vurub.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right