“Qarabağ”ın sabiq futbolçuları Yakub Jezniçak və Mahir Emreli Polşada görüşüb.
Newsport.az xəbər verir ki, Jezniçak Mahirlə şəklini İnstaqram hesabında paylaşıb. O, paylaşımında yazıb:
“Klublar dəyişir, dostlar qalır. Mahir Emreli uğur qazanmaq üçün hər şeyə sahibdir”.
Qeyd edək ki, Jezniçak 2017-2019-cu illərdə “Qarabağ”da çıxış edib. Müdafiəçi hazırda Polşanın “Visla” (Plotsk) çıxış edir. “Qarabağ”la müqaviləsinin müddəti bitən millimizin üzvü Mahir Emreli isə azad agent kimi Polşanın “Legiya” klubuna keçib.