ÇL: “Neftçi”nin potensial rəqiblərinin sayı dördə endi

Azərbaycanı 2021/2022 mövsümündə  Çempionlar Liqasında təmsil edəcək "Neftçi”nin potensial rəqiblərinin sayı 4-ə enib.

Newsport.az-ın məlumatına görə, mübarizəyə 1-ci təsnifat mərhələsindən başlayacaq və püşkatmada səpələnməmişlər sırasında yer alacaq Bakı təmsilçisi  “Ludoqorets” (Bolqarıstan), “Şerif” (Moldova), “Dinamo” (Tiflis, Gürcüstan) və ya “Kayrat” (Qazaxıstan) klublarından biri ilə düşəcək.

Qeyd edək ki, sabah İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatma mərasimi Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right