Qaret Beyl Bakının istisindən şikayətləndi

“Biz həqiqətən çox çalışdıq. Lakin belə isti havada istəyimizə nail olmaq çox çətindir”. Newsport.az xəbər verir ki, bunu  Uels millisinin futbolçusu Qaret Beyl Bakıda Avropa çempionatının A qrupunda İsveçrə ilə 1:1 hesablı heç-heçə etdikləri oyun barədə danışarkən deyib.

İspaniyanın "Real Madrid" kluna məxsus 32 yaşlı hücumçu bütün komanda yoldaşları ilə fəxr etdiyini bildirib: "Oyundan sonra razılaşdıq ki, bu, bizim üçün ilk addımdır. Fiziki formamızı bərpa etməli və dərhal növbəti oyunun hazırlıqlarına başlamalıyıq”.

Qeyd edək ki, Uels yığması ikinci oyununu iyunun 16-də Bakı Olimpiya Stadionunda Türkiyə seçməsinə qarşı keçirəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right