De Byazi Avro-2020-dəki favoritlərini açıqladı

Millimizin baş məşqçisi Canni de Byazi Avro-2020-dəki favoritlərini açıqlayıb.

Newsport.az "Tutti Convocati"yə istinadən xəbər verir ki, italiyalı mütəxəssis turnirin qrup mərhələsinin ilk turunun oyunlarını dəyərənləndirərkən bu barədə bildirib: "İngiltərə, İtaliya, Fransa və Belçika dörd favoritim arasındadır. İngiltərənin Xorvatiyaya qarşı oyunu (1:0) olduqca darıxdırıcı idi. Ancaq İngiltərə qələbəyə layiq idi.

O, Rusiya ilə matçda (3:0) dubla imza atan Belçika yığmasının üzvü Lukakunun fiziki cəhətdən dayandırıla bilməyəcək dərəcədə fövqəladə bir oyunçu olduğunu söyləyib.

Byazi İtaliya millisinin Türkiyəyə 3:0 hesabı ilə qalib gəldiyi görüş haqda da danışıb: "İtaliya   məhdudiyyətlər qoymamalı və hesablamalar aparmamalıdır. İtaliya çox gözəl oynayır və topa sahib olur. Ancaq məqsəd tək bu deyil. Bu, baş məşqçinin istəyini çətinlik çəkmədən yerinə yetirən komandadır".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right