"Qarabağ"ın futbolçusu Uroş Matiç istirahətini vətəni Serbiyada davam etdirir.
Newsport.az-ın məlumatına görə, 31 yaşlı yarımmüdafiəçi istirahət zamanı basketbol oynayıb. O, bu barədə özünün Tvitter səhifəsində paylaşım edib. Matiç, həmin anların videosunu izləyiciləri ilə bölüşüb.
Qeyd edək ki, Uroş Matiç 2020-ci ilin yayından "Qarabağ"da çıxış edir.