“Səbail” qapıçı Elxan Əhmədovun müqaviləsini yeniləyib.
Newsport.az-ın məlumatına görə, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Əhmədovun müqaviləsinin müddəti 2022-ci ilin yayına qədər uzadılıb.
Qeyd edək ki, 27 yaşlı qolkiper 2017-ci ildən "Səbail"də çıxış edir.
***
"Səbail" daha iki futbolçusu ilə müqavilənin uzadıldığını açıqlayıb. Bunlar qapıçı Şahin Çəkiyev və yarımmüdafiəçi Ədilxan Qəhrəmanovdur. Hər iki futbolçu ilə 1 illik yeni müqavilə imzalandığı diqqətə çatdırılıb.