“Neftçi” qapıçı Səlahət Ağayev ilə başa çatan müqaviləni yeniləməyib.
Newsport.az-ın məlumatına görə, bu barədə klubun saytı məlumat yayıb. “Neftçi” göstərdiyi xidmətə görə ona təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.
Qeyd edək ki, Səlahət Ağayev “Neftçi”də keçirdiyi 4 mövsüm ərzində 70 oyunda meydana çıxıb.