Yığmanın seçmə mərhələlər üçün heyəti SİYAHI

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Portuqaliyanın Nazare şəhərində EBSL-2021 Avropa çempionatının seçmə mərhələsində iştirak edəcək.

Newsport.az-ın məlumatına görə, millimiz seçmə mərhələdə iyunun 17-də Portuqaliya, ertəsi gün Ukrayna, iyunun 19-da isə Almaniya komandası ilə üz-üzə gələcək.
 

Zeynal Zeynalovun yetirmələri AÇ-nin seçmə oyunlarından sonra 21-27 iyun tarixlərində Dünya çempionatının seçmə mərhələsində iştirak edəcək. Komandamız püşkə əsasən İsveçrə və Fransa milli komandaları ilə qarşılaşacaq.

Azərbaycan yığmasının seçmə mərhələlər üçün heyəti belədi:

Elçin Qasımov
Vaqif Şirinbəyov
Elşad Manafov
Renat Sultanov
Orxan Məmmədov
Əbdül Əliyev
Comərd Baxşəliyev
Amid Nəzərov
İlkin Haciyev
Asif Zeynalov
Ramil Əliyev
Sabir Allahquliyev.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right