“Neftçi” PFK müdafiəçi Mamadi Mbodjla müqavilənin müddətini artırıb. Newsport.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.
Anlaşmaya əsasən, 28 yaşlı seneqallı futbolçu daha 2 il – 2023-cü il mayın 31-dək ağ-qara formanı geyinəcək.
Mbodj “Neftçi”də keçirdiyi 3 mövsüm ərzində 54 oyunda meydana çıxıb, 8 qola imza atıb.
Xatırladaq ki, “Neftçi” bundan əvvəl Ömər Buludov və Fəhmin Murabəyli ilə yeni müqavilə bağlamışdı