Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Portuqaliyanın Nazare şəhərində EBSL-2021 Avropa çempionatının seçmə mərhələsində iştirak edəcək.
Newsport.az saytının məlumatına görə, Zeynal Zeynalovun yetirmələrinin seçmə mərhələdə qarşılaşacağı rəqiblər müəyyənləşib. Futbolçularımız iyunun 17-də Portuqaliya, ertəsi gün Ukrayna, iyunun 19-da isə Almaniya komandası ilə üz-üzə gələcək.