Moldova millisinin baş məşqçisi Roberto Bordin Azərbaycan yığması ilə yoxlama oyunu barədə fikirlərini bildirib.
Newsport.az saytının məlumatına görə, o, 1:0 hesablı qələbə əldə etdikləri matçdan sonra bunları deyib:
“Maraqlı oyun alındı. Oyunun bir hissəsinə Azərbaycan, bir hissəsinə mənim komandam nəzarət edirdi. Bu qələbə bizə çox lazım idi. Əvvəl çalışdırdığım “Neftçi” komandasının üzvləri bu gün daha fəal idilər. Ümumilikdə, Azərbaycan komandasının oyunu xoş təsir bağışladı”.