Millinin oyunu rumınlara tapşırıldı

Azərbaycan millisinin Moldova ilə yoldaşlıq oyununun hakimləri bəlli olub.

Qarşılaşmanı Rumıniyadan olan hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Marian Aleksandr Barbu olacaq. Ona yan xətt hakimləri qismində Vladimir Urzica və Mircea Orbulet kömək edəcəklər. Dördüncü hakim funksiyasını İon Orliç yerinə yetirəcək.

Sözügedən matç bu gün 20:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right