Azərbaycanın U-17 millisi Tbilisidə təlim-məşq toplanışını davam etdirir.
Newsport.az saytının məlumatına görə, yığmamız hazırlıq çərçivəsində ilk yoxlama oyununu keçirib. Millimiz Gürcüstanın U-17 komandası ilə görüşüb. Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə başa çatıb – 2:1.
Komandalar arasında ikinci oyun iyunun 8-də baş tutacaq.