"Yoldaşlıq matçı olsa da, bizim üçün önəmlidir" - Azər Salahlı

Azərbaycan millisinin futbolçusu Azər Salahlı Moldova ilə yoldaşlıq oyunu öncəsi fikirlərini bölüşüb.

Newsport.az saytının məlumatına görə, "Keşlə"nin müdafiəçisi bunu deyib:

"Bizi çətin oyun gözləyir. Moldova yığması yaxşı komandadır. Biz də görüşə ciddi hazırlaşmışıq. Yoldaşlıq matçı olsa da, bizim üçün önəmlidir. Çünki öz gücümüzü görürük. Sabah qalib gəlib, xalqımızı sevindirmək istəyirik".

Salahlı millidə uzun müddət qalmaq üçün əlindən gələni edəcəyini vurğulayıb: "Sonradan milliyə dəvət aldım. De Byazinin gəlişindən sonra yığmada debüt etdim. Əlimdən gələni etməyə hazıram ki, burada qalıcı olum".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right