"Qarabağ"ın hegemonluğunu davam etdirməsini istəmirik"

"Son illərdə Avropada çıxış etmək "Qarabağ"a daha böyük iqtisadi güc bəxş etmişdi, amma bilirdik ki, son oyunda çempion olmaq şansımız var. İtiriləcək bir şeyimiz yox idi və qələbə qazanmaq üçün hər şeyi etdik. Bu il çempionluğun təsadüfi olmadığını göstərmək fikrindəyik. "Qarabağ"ın hegemonluğunu davam etdirməsini istəmirik".

Newsport.az saytının məlumatına görə, bu sözləri "Neftçi"nin fiziki hazırlıq üzrə məşqçisi Eduardo Karo "AS" nəşrinə açıqlamasında deyib.

O bildirib ki, Azərbaycanı avrokubokda təmsil edən klubu ölkənin bütün insanları dəstəkləyir.

İspan məşqçi son turda Ağdam təmsilçisinə 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra 4 saat stadionda qələbəni qeyd etdiklərini söyləyib: "Tribunada azarkeş olmadan bunu etmək yaxşı deyildi. Ancaq mahnı oxuduq, şəkilər çəkdirdik. Sonra avtobusa mindik. Maşınımı götürüb evə gedəcəyimi düşünürdüm. Amma Ermənistanla müharibədə şəhid olan əsgərləri yad etmək üçün Şəhidlər xiyabana getdik. Bir az qəribə hisslər idi".

Karo "Neftçi"də oynamış  Keysuke Honda haqda da danışıb: "O, peşəkardır. Buradakı çıxışına görə Hondanı tənqid edə bilmərik".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right