Milli qapıya 22 zərbə vurub Belarusla oyunun statistikası

Azərbaycan millisi yoldaşlıq oyununda Belarusa qalib gəlib - 2:1. Yığma hesabda geri düşsə də, sonradan 2 top vuraraq qələbə qazanmağı bacarıb.

Matç bütünlüklə yığmamızın üstünlüyü ilə keçib. Topa yiyələnmə faizində Canni De Byazinin rəhbərlik etdiyi kollektivin 66:34-lük üstünlüyü olub. Yığma üzvlərinin 588 ötürməsindən 468-i dəqiq olub.

Milli rəqib qapısı istiqamətinə 22 zərbə endibibsə, Belarusda bu gösgərici 6 olub. Yığmanın 22 cəhdindən yalnız 3-ü qapıya gedib. Belarus müdafiəçiləri 10 zərbəni bloklamağı bacarıb. 9 dəfə isə top qapıdan aralı keçib.

Künc zərbələrində də millimizin üstünlüyü olub - 10:1. Yığma üzvləri 5, rəqib 2 dəfə sarı vərəqə ilə cəzalandırılıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right