Ötən ilin sonlarında “Keşlə”də idman direktoru postuna keçən Ceyhun Sultanov komandadan ayrılıb. Bu barədə matc.az saytına Sultanovun özü məlumat verib. O bildirib ki, klubla müqaviləsi başa çatıb:
“Müqaviləm baş çatmışdı. Bu səbəbdən rəhbərliklə görüşüm. Onlara “sağ ol” deyib, getmək istədiyimi bildirdim”.
Sultanov bildirib ki, başqa planları var və yaxın günlərdə harda çalışacağı bəlli olacaq.