Millimizin sabiq oyunçusu İspaniya klubundan ayrıldı

Azərbaycan millisinin sabiq futbolçusu Eddi İsrafilov "Albasete"dən (İspaniya) ayrılıb.

Newsport.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Komanda 18 futbolçu ilə vidalaşıb və bu oyunçuların sırasında Eddi İsrafilov da var. 29 yaşlı yarımmüdafiəçi 2019-cu ildən "Albasete"də çıxış edirdi.

Qeyd edək ki, İspaniya təmsilçisi 2020/21 mövsümündə Sequndanı 38 xalla 22-ci - sonuncu pillədə başa vurub. Eddi isə 34 matçda 2 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right