Fritz Stuchliklə müqavilənin müddəti uzadıldı

Bu gün AFFA-nın İcraiyyə Komitəsinin videokonfrans formatında iclası zamanı Fritz Stuchlikin Hakimlər Komitəsinin sədri vəzifəsində müqaviləsinin müddəti uzadılmasına qərar verilib.
 
Newsport.az xəbər verir ki, bu barədə AFFA-nın saytın məlumat yayıb. Bundan başqa, Babək Quliyev Hakimlər Komitəsinin üzvü vəzifəsinə təsdiq olunub (vakant yerə).
 
Eyni zamanda hakimlər üçün “Tofiq Bəhramov mükafatı”nın Əsasnaməsi təsdiqlənib. Mükafat 2021-2022-ci il mövsümündən etibarən təqdim olunacaq.
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right