Azərbaycan millisi beynəlxalq yoldaşlıq oyunu keçirib.
Newsport.az xəbər verir ki, Canni De Byazinin başçılıq etdiyi kollektiv Türkiyə yığmasının qonağı olub.
Alanyadakı Oba stadionunda oynanılan matç rəqibin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Görüşdə hesabı Azərbaycan yığması açıb.
28-ci dəqiqədə Emin Mahmudov komandasını önə keçirib. 34-cü dəqiqədə Halil Dervişoğlu bərabərlik qolunu vurub. 44-cü dəqiqədə isə Kaan Ayhan fərqlənib.