“Sabah” klubla müqavilə müddəti bitən Təmkin Xəlilzadə ilə yollarını ayırıb.
Newsport.az-ın məlumatına görə, bu barədə paytaxt təmsilçisinin rəsmi saytı məlumat yayıb.
“Sabah” futbolçuya xidmətlərinə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.
Xəlilzadə 2018-ci ilin dekabr ayından “Sabah”ın uğurları üçün çalışırdı.
“Sabah” Təmkindən öncə Məhəmməd Mirzəbəyov, Amadu Diallo, Alvaro Vilyete və Kevin Kubemba ilə də yollarını ayırmışdı.