“Oyundan əvvəl də bilirdik ki, ağır olacaq. Həddindən artıq çətin matç oldu. Kubokla çempionat fərqli ab-havadır. Şükürlər ki, kubok bizim oldu".
Newsport.az xəbər verir ki, bu sözləri “Keşlə”nin futbolçusu İlkin Qırtımov Azərbaycan kubokunun “Sumqayıt”la final oyunundan (2:1) sonra jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, erkən qol buraxsalar da, komanda sınmayıb: "Oyuna qayıda bildik. Matça motivasiyanı klub rəhbərliyi vermişdi. Öncə sözlə idi. Bonus ikinci məsələdir. Əsas özümüzün kubok qazanmasıdır. Avrokuboklarda da inşallah yaxşı olar”.