Azərbaycan Kubokunun qalibi mükafatlandırıldı

Futbol üzrə Azərbaycan kubokunda 2020/21 mövsümünün qalibi “Keşlə” oldu. Newsport.az xəbər verir ki, finalda “Sumqayıtı” 2:1 hesabı ilə məğlub edən paytaxt klubu 3 ildən sonra yenidən kuboka yiyələndi. 
 
Beləliklə, qəsəbə təmsilçisi tarixinin 6-cı finalında ikinci dəfə qalib gəldi.
 
Final görüşü başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilib. “Bank Respublika Arena”da baş tutan tədbirdə AFFA-nın prezidenti Rövnəq Abdullayev, Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev, AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov iştirak ediblər. Əvvəlcə görüşün hakimlərinə xüsusi hədiyyələr verilib, gümüş medalın sahibi “Sumqayıt” futbolçuları mükafatlandırılıb. Daha sonra qalib “Keşlə”yə qızıl medallar və kubok təqdim edilib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right