Tanınmış hücumçu Azərbaycan klubunda?

Ukrayna millisinin sabiq futbolçusu Artyom Milevski karyerasını Azərbaycanda davam etdirə bilər.

Newsport.az-ın məlumatına görə, bunu 36 yaşlı hücumçunun meneceri Aleksandr Pankov açıqlayıb.

O bildirib ki, başa çatan mövsümdə “Minay”da çıxış edən veteranın gələcək karyerasına hələ aydınlıq gəlməyib:

“Minay”la məsələ yekunlaşmayıb. Hələ müqaviləyə xitam verilməyib. Klub öhdəliklərini tam yerinə yetirməlidir ki, biz də sənədləri imzalayaq.

Məzuniyyətdən sonra, iyunda Artyomla görüşüm gələcəyini müzakirə edəcəyik. Ukrayna klubları, Belarus və Azərbaycandan zənglər olub. Y

üksək dəstəyə vəsiqə qazanan Kipr klubundan da maraq var. Vacib olan odur ki, Artyomun karyerasını davam etdirəcəyi, y

oxsa başqa sahəyə keçəcəyini dəqiqləşdirməliyik. Onun dəvət aldığı bəzi layihələr var. Görüşəndə bunu müzakirə edəcəyik”.

2006-12-ci illərdə Ukrayna millisində 50 oyuna 8 qol vuran Milevski karyerası ərzində “Minay”a qədər “Dinamo” (Ukrayna), “Qaziantepspor” (Türkiyə), “Hayduk” , “Split” (hər ikisi Xorvatiya), “Konkordiya” (Rumıniya), “Tosno” (Rusiya), “Dinamo” (Brest, Belarus), “Kişvarda” (Macarıstan) klublarında oynayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right